Gizli zəngin detalları üzə çıxdı: Paşinyan Sünikə gedəndə Qasparyan...

Gizli zəngin detalları üzə çıxdı: Paşinyan Sünikə gedəndə Qasparyan...Dünən Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bir neçə ay əvvəl silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanla sabiq prezident Serj Sarkisyan arasında baş tutan telefon danışığını açıqlamışdı.
Publika.az xəbər verir ki, "Qraparak" erməni qəzeti məsələnin təfərrüatlarını dərc edib.
Bildirilib ki, Milli Təhlükəsizlik Xidməti tərəfindən dinlənilən telefon danışığı dekabr ayında baş tutub: "Onik Qasparyan 2020-ci ilin dekabrında Serj Sarkisyanla söhbət zamanı baş nazir Nikol Paşinyanı tənqid edib və onun tərəfdarı olmadığını bildirib. Bu söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın Sünik bölgəsinə gedişi zamanı qeydə alınıb.
Qasparyan Sarkisyana 19 dekabrda - Paşinyan bölgəyə getməzdən əvvəl Sünikdə olduğunu bildirib. 20 dekabrda bölgə sakinlərinin Paşinyanı Sünikə buraxmayacağı niyyəti artıq məlum olub. Lakin Paşinyan deyib ki, 21 dekabrdakı səfərinə heç bir şey mane ola bilməz. Bu səbəbdən məsələni yalnız təhlükəsizlik qüvvələri həll edə bilər. Baş nazirin bölgə səfərinin şəxsən Qasparyana tapşırılması da onu hiddətləndirib. Qasparyan o qədər əsəbiləşib ki, Sarkisyanla söhbət etmək üçün birbaşa əlaqə vasitəsindən istifadə edib və hirslə deyib: "Səfərlə əlaqəm yoxdur, bunu necə edim?" Daha sonra Paşinyanın qulluqçusu olmadığını deyib. Bu söhbət də Milli Təhlükəsizlik Xidməti tərəfindən qeydə alınıb".
Baş Qərargah rəhbərinin bu qədər zəif bir vəzifəni öz üzərinə götürməsi Serj Sarkisyanı da təəccübləndirib.
Xatırladaq ki, N.Paşinyan O.Qasparyanı istefaya göndərib. Amma prezident Armen Sarkisyan fərmanı hələ imzalamayıb.
Gizli zəngin detalları üzə çıxdı: Paşinyan Sünikə gedəndə Qasparyan...ŞOK telefon danışığı üzə çıxdı: Qasparyan Sarkisyana zəng edib və...
Zümrüd

Dünya       Tarix: 03 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag cəbhədən video cəbhədən görüntülər cəbhədən xəbər