"Golden Boy - 2023" mükafatına namizədlər məlum oldu - SİYAHI
2023-cü il "Golden Boy" mükafatına namizədlərin yekun siyahısı məlum olub.
KONKRET.az xəbər verir ki, İtaliyanın "Tuttosport" nəşri Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparan 25 nəfərin siyahısını dərc edib.
Namizədlər arasında Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər də var.
Tam siyahı: Cud Bellinqem ("Real", İspaniya), Camal Musiala ("Bavariya", Almaniya), Xavi Simons ("Leyptsiq", Almaniya), Antonio Silva ("Benfika", Portuqaliya), Alexandro Balde ("Barselona", İspaniya), Florian Virtz ("Bayer 04", Almaniya), Benjamin Şeşko ("Leyptsiq", Almaniya), Corcio Skalvini ("Atalanta", İtaliya), Rasmus Hoylund ("Mançester Yunayted", İngiltərə), Levi Kolvill ("Çelsi", İngiltərə), Yohan Bakayoko (PSV, Niderland), Miloş Kerkez ("Bornmut", İngiltərə), Artur Vermeeren ("Antverpen", Belçika), Evan Ferqyuson ("Brayton", İngiltərə), Lukas Qurna-Duat ("Zaltsburq", Avstriya), Varren Zair-Emri (PSJ, Fransa), Usman Diomande ("Sportinq", Portuqaliya), Arnau Martines ("Jirona", İspaniya), Matis Tell ("Bavariya", Almaniya), Andi Diuf ("Lans", Fransa), Arda Gülər ("Real", İspaniya), Bilal El-Hannus ("Genk", Belçika), Martin Baturina ("Dinamo", Xorvatiya ), Joao Neveş ("Benfika", Portuqaliya), Lamin Yamal ("Barselona", İspaniya).
Qeyd edək ki, "Golden Boy" mükafatı 2003-cü ildən təqdim edilir. 2022-ci ildə bu titula İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Qavi layiq görülüb.Report
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi