"Gömrüyün tarif dərəcələrində artımlar baş vermir"
"Dövlət Gömrük Komitəsinin (DGK) tarif dərəcələrində artımlar baş vermir".
KONKRET.az xəbər verir ki, bu fikirləri DGK-nın sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, əksinə, ölkədə aparılan iqtisadi siyasət ondan ibarətdir ki, tarif dərəcələrində azaldılma tendensiyası baş verir: "Bu da istehsal sahələrində əlavə dəyərin yaradılması və xidmət sahələrinə dəstək göstərmək üçün həyata keçirilir. Bu konteksdə gömrük orqanlarında növbəti il üçün 5 milyard 900 milyon manatlıq büdcə daxilolmalarını təmin etməyə çalışılacaq. Bu hesablamalar idxal həcmlərindən asılı olaraq baş verir. Eyni zamanda gömrük dəyərinin müəyyən edilməsi məsələlərində də üzərimizə mühüm işlər düşür.
Bu baxımdan idxal həcmlərini nəzərə almaqla, büdcə daxilolmalarının təmin edilməsindən ötrü gömrük dəyərləndirilməsinin düzgün həyata keçirilməsi baş verməlidir. Hazırda Azəbaycanda gömrük xidmətində gömrük dəyərləndirməsi Ümumdünya Ticarət Təşkilatının normalarına uyğun olaraq metodika əsasında müəyyən edilib və bu sistem əsasında düzgün idarəetmə və ölkəmizə daxil olan yüklərin düzgün dəyərinin müəyyən edilməsi nəticəsində daxilolmaların təmin olunması üçün zəruri işləri görəcəyik. Növbəti ildə fəaliyyətimiz nəticəsində büdcə daxilolmaları təmin ediləcək", – deyə sədr bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi