"Gördüklərimə çox üzülürəm, ürəyim bulanır" - İradə İbrahimova
"Bu həyat seçimlərdən ibarətdir və hər kəsin seçimi özünə özəl, xasdır. İki övladım var və həyatda nəyi nə vaxt, necə seçəcəklər, bilmirəm. Sadəcə bildiyim bir şey var, nə seçərlərsə seçsinlər, ədəblə yaşasınlar. Əxlaq qaydalarına riayət, hədd, sərhəd bu dünyadakı hər kəsə məxsusdur".
Azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.
İnstaqramdan aktiv istifadə edən sənətçi son zamanlar əxlaqsızlığın, ədəbsizliyin dəb halına gəldiyini bildirib:
"Həddini aşan aşana. Hər kəs özünə cavabdehdir, amma ədəbilə. İzləməməklə olmur, bəzən beləcə gəlib gündəmdə otururlar. Necə yaşayırsan yaşa, amma ədəbinlə yaşa! Bəzən gördüklərimə də çox üzülürəm və ürəyim bulanır. Ədəbsizlərin mükafatlandırıldığı etibarsız həyatlara üzülürəm…
Təəssüf hissilə yazıram, amma etibar ilə məşhurluq bir-birinə qarışıb. Hamı məşhurdur, amma etibarlı olanı neçə nəfərdir? Əxlaqsızlıq, ədəbsizlik, cahillik dəb ola bilərmı? Çox acı, təəssüf ki, oldu. Bu bir həqiqətdir. Yalnız bildiyim bir həqiqət daha var ki, Allah yaxşı insanları pis insanlarla sınayar, ancaq yaxşıları pislərə yar etməz. Bu yaşıma gəldim və çox şükür əksini görmədim".


Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq