Göyçayda otlaq sahəsində başlayan yanğın kəndə keçib: EV YANIB
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, otlaq və örüş sahəsi arasında başlayan yanğın daha sonra kəndə doğru irəliləyib. Kəndin ətrafındakı ağaclar və otlaq sahələri yanıb. Yanğın daha sonra kəndin içərisində yerləşən evlərdən birinə keçib. Nəticədə vətəndaşa məxsus birmərtəbəli ev bütün əşyaları ilə birlikdə yanaraq kül olub.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Göyçay rayonu, Müsgürlü kəndində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində 0.5 hektar qamışlıq ərazi və ağac, ümumi sahəsi 138 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 12 kvadratmetr olan koməkçi tikilinin taxta üzlüyü və 20 p.m. kabel yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanlı futbolçu "Qalatasaray"da
Renat Dadaşov Ukrayna klubuna keçdi
17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Dünya bazarında neft bahalaşdı
"Liverpul" 18 yaşlı hücumçu aldı
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü