Göyçayda yasda kütləvi zəhərlənmə - ADLAR / YENİLƏNİB
Göyçayda yas mərasimində qidadan zəhərlənən şəxslərin adları məlum olub.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında zəhərlənən şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rayonun Hacıağabəyli kənd sakinlərindən zəhərlənən şəxslərin adı aşağıdakılardır:
Eminova Əsli Paşa qızı(1966);
İbrahimova Kifayət Müğdət qızı (1965);
Kərimova Aybəniz İbrahim qızı (1987);
Miriyeva İfrat İdris qızı (1962);
Quliyeva Esmira Rakif qızı (1985);
Nuriyeva Ürfət Etibar qızı (1987);
Quliyeva İlhamə Bəşir qızı (1970);
Quliyeva Nüşabə Bəşir qızı (1979);
Quliyeva Aidə Bəşir qızı (1979);
Digər zəhərlənən şəxslər Yeniarx kənd sakinləridir. Onların adları:
Quliyev Turqut Azər oğlu (2007);
Quliyeva Aydan Azər qızı (2005);
Quliyeva Zeynəb Yengibar qızı (2005);
Quluzadə Gülşən Elsevər qızı (2020);
Quluzadə Ayşən Elsevər qızı (2020);
Qeyd edək ki, zəhərlənən şəxslərinin vəziyyəti yaxşıdır, müalicələri davam etdirilir.
21:43
Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub. Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15-ə yaxın şəxsin halı qəfildən pisləşib. İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür. Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.
İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu