"Grand Chess Tour 2019": Şəhriyar Məmmədyarovdan 2 heç-heçə, 1 məğlubiyyət
Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı "Grand Chess Tour 2019" seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb.
Azərtac xəbər verir ki, şahmatçımız dördüncü turda amerikalı Uesli Soya məğlub olub, beşinci qarşılaşmada ukraynalı Anton Korobov, altıncı matçda isə ermənistanlı Levon Aronyanla heç-heçə edib. Qeyd edək ki, idmançımız ilk üç turda bütün qarşılaşmalarda "sülh"ə razılaşıb. Altı turun yekununa görə Ş.Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.
Noyabrın 8-dək davam edəcək rapid yarışından sonra, ayın 9-10-da blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, "Grand Chess Tour 2019" turnirinin ilk mərhələsi Abican, sonrakı mərhələləri Zaqreb, Paris, Sent-Luisdə keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Londonda isə noyabrın 30-dan dekabrın 10-dək final seriyanın matçları keçiriləcək. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır