Güləşçimiz dünya kubokunun finalına vəsiqə qazandı

Güləşçimiz dünya kubokunun finalına vəsiqə qazandıSerbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə fərdi dünya kuboku yarışları sona yaxınlaşır.
Publika.az xəbər verir ki, altıncı yarış günündə - dekabrın 17-də 61, 65, 79, 86 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Güləşçimiz Əhmədnəbi Qvarzatilov (61 kq) startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. Bolqarıstan və Tacikistan güləşçilərindən də güclü olan Ə.Qvarzatilov finala yüksəlib.
Üçqat Avropa və dünya çempionu Hacı Əliyev debütdə prinsipial rəqiblə qarşılaşıb. 65 kiloqram çəki dərəcəsində dünya çempionu Hacımurad Rəşidovla görüşə əla start verən H.Əliyev 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. Güləşçimiz dörddəbir finalda qırğız güləşçi ilə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. H.Əliyev əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. Güləşçimiz bürünc medal üçün xalça üzərinə çıxacaq.
Rəşad Yusifli (79 kq) ilk görüşdə türk həmkarına məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.
Abubakr Abakarov (86 kq) startda Bolqarıstan təmsilçisinə "tuşe" ilə qalib gəlib. Ancaq dörddəbir finalda İspaniya idmançısına uduzub.
Mübarizəyə dörddəbir finaldan qoşulan Şamil Zubairov (97 kq) Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Belarus təmsilçisinə yenilib və ümidini bürünc medala bağlayıb.
Bu çəki dərəcələri üzrə təsəlliverici görüşlər və medal qarşılaşmaları dekabrın 18-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İdman       Tarix: 18 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri son.xeber hava proqnozu sonxeber.az