"Günahkar axtarmaq lazım deyil" - De Byazi

Azərbaycam millisinin baş məşqçisi Canni De Byazi Millətlər Liqasında Slovakiyaya məğlubiyyətdən (0:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az onun müsahibəsini təqdim edir:
– Emin Mahmudovun yerinə Abbas Hüseynovu meydana buraxdız, yəni yarımmüdafiəçini müddafiəçi ilə əvəzlədiniz. 81-ci dəqiqədə isə komanda qol buraxdıq. Bu dəyişiklik nəyə xidmət edirdi?
– Sürətli futbolçuya ehtiyacımız var idi. Həm əks-hücumlarda, həm müdafiədə kömək edə bilərdi. Emin çox yorulmuşdu. Düşünmürəm ki, qol əvəzetməyə görə vuruldu.
– Artıq ikinci ildir, millini çalışdırırsız. Hələ də doğma azarkeşlər qarşısında qələbə qazanmamısız. Milli nə vaxt qalib gələcək?
– 25 oyun keçirmişik, 7-si evdə olub və əksəriyyəti güclü komandalara qarşı. Hamısında məğlub olmuşuq. Amma bizdən çox güclü komandalarla oynamışıq. Hamısında sona qədər vuruşmuş, əlimizdən gələnin maksimumunu etmişik. İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq. İlk iki oyunda çoxlu imkanlarımız oldu. Bunlardan daha yaxşı istifadə etməliyik.
– Necə düşünürsüz, millinin uğursuzluğunun səbəbkarı sizsiniz, yoxsa futbolçular?
– Hamımız yaxşı analiz etməliyik. Rəqibin güclü olduğunu bilirdik. İlk 20 dəqiqədə yaxşı çıxış etmədik. Bundan sonra heç də pis oynamadıq. İlk hissənin axırlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını göstərdi. Amma bütün oyun boyu mübarizə apardıq. Əminəm ki, bundan daha artığını edə bilərdik. Sizin kimi mən də qələbə istəyirəm. Amma görünür ki, asan deyil. Günahkar axtarmaq düzgün deyil. Çox gözəl sualdır. Mən də istərdim kimlərinsə səhvlərindən danışım. Dünən 100-cü məşqimizi etdik. 4 məşqdən bir oyuna çıxırıq. Futbolçular ən yaxşı fiziki formada deyillər. Öncə oyunçuları tanımalısan. Düşünürəm ki, bir qrup yaratmışıq. Azarkeş həmişə uduzanda problem axtarır, tapır. Amma ekspert kimi baxsaq, fərqli fikirlər ola bilər.
– Mahir Emrelinin 3 oyunda performansını ortaya qoya bilməməsi komandanın zəif çıxışı ilə əlaqədardır?
– Klubunda fiziki problemləri var idi. Bura gələndə də 100 faiz hazır deyildi. İkinci yarıda meydana buraxdıq. Qol keyfiyyətlərindən yararlanmaq istəyirdik. Alınmadı. Amma bütün ürəyini meydanda qoydu.
– Qələbəsiz oyunlar bir yana, klomanda qol da vura bilmir. Çox arqumentlər qeyd etdiz. Bəlkə, sizin yeriniz bura deyil? Bəlkə, Azərbaycan yığmasına futbol oynamağı öyrədə bilmirsiniz?
– Deməzdim. Bu, tam olaraq mənim komandamdır. Oyundan sonra da uşaqlara dedim ki, ilk 20 dəqiqəni çıxsaq, qorxaraq oynamadıq. Əvvəlki oyunlarda da dominant idik. İki oyuna 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır.
– Qətərlə oyundan sonra hamı ilə sağollaşmışdınız. Sonradan nəyə ümid etdiniz ki, davam etmək qərarı verdiniz?
– Bunu başqalarından soruşmalısınız.
– Özünüz qalmağı qəbul etməyə də bilərdiniz…
– Qərar verdik ki, davam etməliyik. Məncə, komandada nəsə dəyişilib. 2003 təvəllüdlü uşaq əsas komandada oynayır. Başqa 10-15 uşaq da olsa, meydana buraxaram. Sevdiyim, xüsusi simpatiya bəslədiyim futbolçu yoxdur.
– Komanda 10 gün ərzində 4-cü oyuna çıxacaq. Fiziki, psixoloji durumu düzəltmək mümkün olacaq?
– Sabah necə bərpa olunacaqlarına baxacağıq. Maksim ardıcıl ikinci oyunda əvəz olunmasını istədi. Mövsümün sonudur, yorğunluqlar ola bilər. Təəssüf ki, Qismət Alıyev bizimlə olmayacaq. İstirahət fikirlərini başa düşürəm, amma qələbə üçün çalışmalıyıq. Belarusla oyunda məğlubiyyət seriyasını qırdıq, qalib gələ də bilərdik. Mən çox əsəbiyəm. Uduzmaqdan zəhləm gedir. Bütün uşaqlar məysduıar. Çünki maksimumunu verdilər. Beynəlxalq səviyyə ilə Azərbaycan çempionatı eyni deyil.
– Bir neçə gün əvvəl qrup liderliyi və 2-cilik barədə danışırdıq. Bundan sonra D Liqasındakı perspektivlər barədə düşünməli olmayacağıq?
– 3 oyun keçirmişik, qarşıda 3 matçımız var. Onları düşünürük. Heç kim deməmişdi ki, 1-ci yer uğrunda vuruşacağıq. Belarusla oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq. 2-ci yer uğrunda mübarizəmiz davam edir.

İdman       Tarix: 11 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber butun xeberler son xeberler bugun 2026 canli beynelxalq bank mezenne