Günlük yoluxma sayı 420 minə yaxınlaşdı - ÜST
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 418 mindən çox artıb.
Publika.az pandemiyanın onlayn statistikasını aparan "worldometers.info" saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 418 min 270 nəfər yeni koronavirusa yoluxub, 6 min 840 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 191 milyon 691 min 778, ölənlər isə 4 milyon 112 min 556 nəfərə çatıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35 milyon), Hindistan (31,1 milyon), Braziliya (19,3 milyon), Rusiya (5,9 milyon), Fransa (5,8 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək