Günlük yoluxma sayı 442 mini ötdü
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 442 mindən çox olub.
Publika.az pandemiyanın onlayn statistikasını aparan "worldometers.info" saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 442 min 3 nəfər yeni koronavirusa yoluxub, 7 min 421 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 240 milyon 356 min 629, ölənlər isə 4 milyon 896 min 745 nəfərə çatıb.
Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (89 min 680 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1654 nəfər) ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (45,6 milyon), Hindistan (34 milyon), Braziliya (21,6 milyon), Böyük Britaniya (8,3 milyon), Rusiya (7,8 milyon), Türkiyə (7,5 milyon) və Fransada (7 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm