Gürcü generalın meyitinin qalıqları Fransadan Tiflisə gətirildi
Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası (1918-1921) ordusunun baş komandanı, general Giorgi Kvinitadzenin meyitinin qalıqları Tiflisə gətirilib.
Publika.az xəbər verir ki, Tiflis beynəlxalq hava limanında generalın xatirəsinə həsr olunmuş rəsmi mərasim keçirilib. Mərasimdə Gürcüstan Prezidenti Salome Zurabişvili, Müdafiə naziri Cuanşer Burçuladze, parlament sədri Kaxa Kuçava və digər rəsmi şəxslər iştirak ediblər.
Gürcüstan hökumətinin qərarı ilə G.Kvinitadzenin cənazəsi mayın 26-da – ölkənin Müstəqillik günündə Mtatsminda panteonunda dəfn olunacaq.
G.Kvinitadze 1874-cü ilin avqustun 21-də Dağıstanda anadan olub. 1884-cü ildə o, Tiflis Kadet Korpusuna daxil olub, daha sonra təhsilini Sankt Peterburqda davam etdirib. G.Kvinitadze Rusiya imperator ordusunda uğurlu hərbi karyera qurub.
1921-ci ilin fevral-martında hücum edən Qırmızı ordu hissələrinə qarşı müqavimət təşkil edib. 1921-ci ildə demokratik respublikanın süqutundan sonra general Türkiyənin İstanbul şəhərinə, oradan isə 1922-ci ildə Fransaya mühacirət edib.
O, 1970-ci ilin avqustunda Şatu şəhərində vəfat edib və yerli qəbirstanlıqda dəfn olunub. 2013-cü ildə G.Kvinitadze ölümündən sonra Gürcüstanın Milli Qəhrəmanı ordeni ilə təltif edilib. 2006-cı ildə Tiflisdəki küçələrdən birinə onun adı verilib. Generalın xatirəsinə "Giorgi Kvinitadze" adlı gümüş hərbi medal təsis olunub.
Tural Turan
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək