Gürcüstan "Buk" raket sistemlərini Ukraynaya qaytarmayacaq
Gürcüstan Müdafiə Nazirliyi (MN) Kiyevin 2008-ci il müharibəsi zamanı Gürcüstana "Buk" raket sistemləri verməsi ilə bağlı məlumatları təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan MN-nin bəyanatında bildirilib. Qeyd olunub ki, Ukraynanın Gürcüstana "Buk" sistemlərini təmənnasız verməsi ilə bağlı məlumatlar doğru deyil.
Əlavə olunub ki, sözügedən raket sistemləri 2007-ci ildə tərəflər arasında əldə edilmiş gizli razılaşma əsasında Gürcüstan tərəfindən satın alınıb.
Bəyanatda Gürcüstanın Ukraynaya humanitar və siyasi dəstəyini davam etdirdiyi, artıq milyonlarla ton humanitar yardımın göndərildiyi qeyd olunub. Əlavə olunub ki, Kiyevə humanitar yardımlar çərçivəsində Baş nazir İrakli Qaribaşvilinin göstərişi ilə satın aldınmış generatorlar da var.
Qeyd edək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov ötən gün qeyd edib ki, Kiyev 2008-ci il müharibəsi zamanı Ukraynanın Gürcüstana verdiyi "Buk" raket komplekslərini geri qaytarmasını xahiş edib.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO