Gürcüstan dövlət sərhədlərində "ağıllı kameralar" quraşdırır
Gürcüstanın bütün sərhəd-keçid məntəqələrində üztanıma funksiyalı "ağıllı kameralar" quraşdırılacaq.
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, yenilik barədə daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib.
Daxili İşlər Nazirliyinin 10 illik fəaliyyət planını təqdim edən nazir bildirib ki, bütün şəhər və avtomobil magistralları da 13 minə yaxın ümumi görünüş və "smart kamera"larla əhatələnəcək.
V.Qomelaurinin sözlərinə görə, planda sərhəd polisində islahatlar və keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına mühüm yer verilib:
"Bütün sərhəd məntəqələri yenilənəcək və müasir texniki nəzarət vasitələri ilə təchiz olunacaq. Bununla yanaşı, sərhəd polisinin bütün helikopterləri təmir olunaraq modernləşdiriləcək. İki yeni helikopterin alınması planlaşdırılır".

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı