Gürcüstan DTX terrorla əlaqəsi olan iki xarici vətəndaşı saxladı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi paytaxt Tbilisinin iki məntəqəsində xüsusi əməliyyat keçirib. Nəticədə Gürcüstanın dövlət sərhədi boyunca miqrantların qanunsuz keçirilməsi bu ölkədə qalması üçün lazımi şəraitin yaradılması ilə məşğul olan iki xarici ölkə vətəndaşı saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, istintaq tədbirləri nəticəsində müxtəlif növ elektron saxlama vasitələri, hərbi texnika, üz maskaları, səs-küylü tapançalar, xarici dövlətlərin saxta şəxsi sənədləri, partlayıcı maddələr, kustar üsulla hazırlanmış partlayıcı qurğular və üzərində "İslam Dövləti" terror təşkilatının rəmzləri olan bayraq götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344 və 236-cı maddələri ilə araşdırma aparılır.
"Terrorla Mübarizə Mərkəzi fəal surətdə istintaq-əməliyyat tədbirlərini davam etdirir", – deyə, məlumatda bildirilir.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi