Gürcüstan uçuşları bərpa edir
Tbilisi beynəlxalq hava limanında uçuşların bərpa edilməsi və sərnişinlərin təhlükəsizliyi üçün hazırlıq işləri həyata keçirilir.
Publika.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Aeroportun operatoru olan "TAV Georgia" şirkəti sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün beynəlxalq standartları tətbiq edib, əllərin dezinfeksiya edilməsi üçün xüsusi qurğular və hərarətin ölçülməsi üçün videoskanerlər quraşdırıb.
Bununla yanaşı, terminallarda təhlükəsiz məsafə saxlamaq üçün döşəməyə xüsusi stikerlər yapışdırılıb, qeydiyyat məntəqələri sərnişinlər və hava limanının işçi heyəti arasında təmasın qarşısını almaq üçün qoruyucu arakəsmələrlə təchiz olunub.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava aeroportda aparılan hazırlıq işləri ilə tanış olub. O bildirib ki, ölkə turistləri qəbul etmək üçün beynəlxalq hava limanlarını bütün epidemioloji təhlükəsizlik normalarına uyğunlaşdırmalıdır.
Qeyd edək ki, ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə başlayacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi