Gürcüstanda 4 azərbaycandilli məktəb bağlanıb
Hazırda Gürcüstanda 116 azərbaycandilli və Azərbaycan bölməsinin olduğu məktəb fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən bildirilib.
Tədrisin Azərbaycan dilində aparıldığı orta təhsil müəssisələrinin 104-ü Kvemo Kartli, 9-u Kaxeti bölgəsi, 3-ü isə Tbilisidə yerləşir.
İllik müqayisədə say baxımından 3 məktəb azalıb. Belə ki, ötən il qonşu ölkədə 119 azərbaycandilli məktəb olub.
Son iki ilin göstəricilərinə nəzər salanda məlum olur ki, bu dövrdə qonşu ölkədə 4 azərbaycandilli məktəbin fəaliyyəti dayandırılıb.
2020-2021-ci tədris ilində azərbaycandilli ictimai məktəblərdə 25 312 şagird təhsil alıb ki, bu da illik müqayisədə 356 nəfər çoxdur. Ən çox şagird (1 272 nəfər) Saqareco bələdiyyəsinin Yormuğanlı kənd məktəbində təhsil alıb. Ən az şagirdi olan məktəblər isə Tetritskaro bələdiyyəsinin Samqereti və Marneuli rayonunun Ağqula kəndlərindədir. Bu təhsil ocaqlarının hər birində 3 şagird olub.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür