Gürcüstanda azərbaycanlı qadını linç edənlərə HÖKM OXUNDU

Gürcüstanda azərbaycanlı qadını linç edənlərə HÖKM OXUNDUGürcüstanda 9 ildən sonra azərbaycanlı qadına "Linç məhkəməsi" təşkil edənlərə hökm oxunub.
KONKRET.az xəbər verir ki, 2014-cü ildə Saqareco bələdiyyəsinin Ləmbəli kəndində iki uşaq anası Xanım Ceyranova ərinin qohumları tərəfindən xəyanətdə ittiham edilərək ictimaiyyət qarşısında cəzalandırılıb.
Onu bütün kəndi ayaqyalın gəzməyə məcbur edib, camaatın gözü qarşısında ələ salıb və daş atıblar.
Yerli hakimiyyət və polis "xalq məhkəməsinə" heç bir reaksiya verməyib, qadına dövlətdən sığınacaq da verilməyib və o, intihar edib.
Ceyranova iki gün sonra ölü tapılıb. Onun iki azyaşlı uşağı qalıb.
Üç müttəhimə beş il altı ay həbs cəzası verilib. Digər təqsirləndirilən şəxsin işinə andlılar məhkəməsi baxacaq.
Qadının əri Hacı Həsənov "linç"in təşkilatçılarından birini odlu silahla yaralayıb, özü polisə təslim olub və 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin dördüncü prezident Giorgi Marqvelaşvili tərəfindən əfv edilib.
Uzun illərdir ki, mülki sektor Xanım Ceyranovanın işinin tam araşdırılmasını və təqsirkarların həbsini tələb edir.
"Sapari" qadınların hüquqlarını müdafiə təşkilatı bir neçə ildir ki, Gürcüstan Daxili İşlər Nazirliyinə ləyaqəti alçaldan və ya qeyri-insani rəftar maddəsi ilə təhqiqat aparılmasını istəyirdi.
Nəticədə BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsi işə qarışıb və cəmi 8 ildən sonra müttəhimlərə qarşı ittiham irəli sürülüb.
"Dövlət baş verənləri təhrik edən stereotiplərə və mədəni normalara müqavimət göstərməyə belə cəhd etmədi. Ləmbəli kəndinin yerli icra hakimiyyətinin nümayəndəsi Mahmud Əliyev işə əlavə edilən ifadəsində deyir ki, Xanım Ceyranova intihar edərək özünü xilas edib", – "Sapari" şirkətinin icraçı direktoru Baya Pataraya deyir.
Ötən ilin oktyabrında Tbilisi şəhər məhkəməsi qadının uşaqlarına dövlətin 100 min lari təzminat ödəməsinə qərar verib.
"Sapari"nin vəkilləri Ceyranovanın övladları üçün 100 min lari təzminat tələb etsə də, məhkəmə hər uşağa görə 50 minin kifayət edəcəyini hesab edib.
Gürcüstanda azərbaycanlı qadını linç edənlərə HÖKM OXUNDUXuraman Etibarlı,
KONKRET.az

Hadisə       Tarix: 13 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI

Xəbər verdiyimiz kimi, Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölüb. Qəzada həlak olan Nazim Abdullayev

Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektri

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

Ağdamda traktor minaya düşdü

Ağdamda traktor minaya düşüb. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib. Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayı

"Çevik"in döyüləndən sonra FOTOSU

"Çevik" ləqəbi ilə tanınan tiktoker, Vətən müharibəsi iştirakçısı Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində hücuma məruz qalıb. xəbər verir ki, hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Faktl

Avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

Gədəbəy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində, körpüdə qeydə alınıb. Hərəkətdə olan "Mercedes"

Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanda İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, həmi

Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu

Biləsuvarda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb. 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci i


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün krimnal bugun kriminal bugun ən son xəbərlər