"Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır" - MÜSAHİBƏ

"Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır" - MÜSAHİBƏ"Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır" - MÜSAHİBƏ
Ermənistan mövqeyini dəyişdirməyəcək və qaçqınların geri qaytarılması, həmçinin ərazi bütövlüyünün dəstəklənməsi məsələlərində Gürcüstana beynəlxalq platformalarda arxa durmayacaq.
Bu barədə gürcü analitik, "Gürcü Millətçiləri Birliyi" Partiyasından deputatlığa namizəd Giya Kuçava Media.Az-a danışıb.
O, BMT Baş Assambleyasının qəbul etdiyi "Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsi/Cənubi Osetiyadan olan qaçqın və məcburi köçkünlərin statusu" başlıqlı qətnaməni şərh edərkən belə deyib.
Sənədi Azərbaycan və Türkiyə daxil olmaqla 84 ölkə dəstəkləyib. Ermənistan səsvermədə iştirak etməyib. Sənədi imzalayan ölkələr Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər.
- Gürcüstan üçün məcburi köçkünlərin statusu məsələsini mütəmadi olaraq müzakirə edib, gündəmə gətirmək nə qədər vacibdir?
- Çox vacibdir! Biz abxaz və osetin xalqlarının "soyqırımı" ilə bağlı şimal qonşumuzun mediada yaydıqları yalanları, saxta məlumatları ilə mübarizə aparmalıyıq. Gürcüstan həm BMT, həm də Avropa İttifaqında gürcü qaçqınlarla bağlı məsələni qaldırır. Dünya həqiqəti biləcək! Gürcüstanda təkcə Abxaziyadan 300 mindən çox məcburi köçkün var.
- Azərbaycan hər zaman Gürcüstanın qətnamələrini dəstəkləyir, bizim də eyni problemimiz - bir milyon qaçqın və məcburi köçkünümüz var.
- ...Ortaq bir problemimiz var. Ancaq nüanslar da var. Qondarma "DQR"i hətta Ermənistanın özü də tanımayıb. Abxaziya və Cənubi Osetiyanı isə Rusiya tanıyır.
- Gürcüstanın iki qonşu ölkəsi - Azərbaycan və Türkiyə qətnaməyə səs verdilər. Ermənistan səs verməkdən yayındı.
- Ermənistan Gürcüstanı dəstəkləməyəcək, bu aydındır. Əks təqdirdə, Azərbaycan İrəvandan məcburi köçkünlərinin hüquqlarına riayət etmələrini tələb, onların Qarabağdakı doğma ocaqlarına qayıtmalarına israr edə bilər.
- Bəs Tbilisi İrəvanın bu mövqeyini necə qiymətləndirir?
- Məişət səviyyəsində - mənfi. Hökumət dairələrində də mənfi qarşılanır, amma bunu çox göstərməməyə çalışırlar. Bununla belə, tənqidlər (Ermənistana qarşı - red.) hətta hökumətyönlü mediada, "Imedi" və İctimai TV kimi populyar telekanallarda aparılır.
Gürcüstan və Azərbaycan bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Bunun əsası 1993-1994-cü illərdə, Azərbaycan və Gürcüstanın liderləri Heydər Əliyev və Eduard Şevardnadze olduğu zaman qoyulub.
- Və sonda: bildiyim qədər Gürcüstan parlamentinə namizədliyinizi vermisiniz?
- Bəli, "Gürcü Millətçiləri Birliyi" Partiyasından... Adı dəyişdirmək istəyirdik, ancaq koronavirus səbəbindən qurultay çağıra bilmədik. Yeri gəlmişkən, Rustavidə siyasi qüvvələrimiz adından Azərbaycanda yaxşı tanınan professor Quram Markulianın namizədliyi irəli sürülür. /oxu.az

Siyasi       Tarix: 15 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu