Gürcüstanda yeni nazirlik yaradıldı - FOTO
Gürcüstanda yeni nazirlik – Mədəniyyət, İdman və Gənclər Nazirliyi yaradılıb.
Publika.az xəbər verir ki, parlamentin deputatı Teya Tsulukiani bu nazirliyə rəhbər təyin olunub.
Baş nazir İrakli Qaribaşvilinin müvafiq əmrinə əsasən, T.Tsulukiani martın 22-dən artıq nazir vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda təhsil, elm, mədəniyyət, idman və gənclər siyasəti üzrə sahələr bir nazirlikdə fəaliyyət göstərirdi.
Baş nazirin digər əmri ilə Mixaul Çxenkeli Gürcüstanın Təhsil və Elm naziri təyin olunub.
Bununla da Gürcüstanda nazirliklərin sayı yenidən 11-ə çatıb.
Gürcüstanda təhsil və elm naziri Mixeil Çxenkeli, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, müdafiə naziri İrakli Qaribaşvili, ədliyyə naziri Qoça Lortkipanidze, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri İvane Maçavariani, daxili işlər naziri Vaxtanq Qomelauri, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifəsini isə Tea Axvlediani icra edirlər.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər