Gürcüstanın dövlət naziri Novruz şənliyində - FOTO
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani martın 20-də Marneulidə 2 Nömrəli məktəbində təşkil olunan Novruz şənliyində iştirak edib.
Nazir məktəbin kollektivinə hədiyyələr təqdim edib, Novruz bayramına həsr olunan sənət əsərlərindən ibarət sərgiyə baxıb.
Dövlət naziri Tea Axvlediani çıxış edərək şagirdləri, müəllimləri və valideynləri Novruz bayramı münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb.
Dövlət naziri ölkədəki mədəni müxtəlifliyin qorunub saxlanılmasında, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində gənclərin rolundan danışıb, vətəndaş bərabərliyi və inteqrasiya prosesində onların fəal iştirakının vacibliyini vurğulayıb.
O deyib: "Mən dövlət naziri olaraq etnik azərbaycanlıların belə bayram şənliyində ilk dəfə iştirak edirəm. Bizə əziz və doğma olan Azərbaycanlı vətəndaşlarımızı həyatın yenilənməsinin, baharın gəlişinin, təbiətin oyanmasının təntənəsi olan Novruz münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir".
Tea Axvlediani bildirib ki, Gürcüstanın etnik və mədəni müxtəlifliyi ölkənin milli sərvəti və güc mənbəyidir. Ölkəmizdə yaşayan etnosun mədəniyyəti və ənənələri Gürcüstanın ümumi mədəniyyətinin vacib bir hissəsidir. Etnik azlıqların mədəni şəxsiyyətinin qorunması, təqdimatı və dəstəklənməsi, həqiqətən dövlət baxışının və siyasətinin vətəndaş inteqrasiyasına doğru əsas təməl daşlarından biridir".
Sonra şagirdlərin ifasında Azərbaycanın və Gürcüstanın xalq mahnı və rəqsləri səsləndirilib.
Dövlət naziri Novruz bayramı münasibətilə hazırlanmış şirniyyatların dadına baxıb.(AzərtAc) /publika.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər