Gürcüstanın Müstəqillik Günü qeyd olunur
Bu gün Gürcüstanın əsas dövlət bayramı - Müstəqillik Günü qeyd olunur.
103 il bundan öncə - 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.
Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Qonşu ölkə dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.
Milli bayrama həsr olunan rəsmi mərasim pandemiya səbəbindən məhdud sayda iştirakçı sayı ilə Tbilisinin Azadlıq meydanında keçiriləcək. Qonaqlar arasında Polşa prezidenti Andjey Duda və Ukraynanın müdafiə naziri Andrey Taran da yer alacaq.
Mərasim çərçivəsində Gürcüstanın hərbi texnikasının bir hissəsi nümayiş etdiriləcək, hərbi xidmətə çağırılan çağırışçıların təntənəli andiçmə mərasimi baş tutacaq.
Bu gün həmçinin mayın 22-də Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası ordusunun baş komandanı, görkəmli general Giorgi Kvinitadzenin Tbilisiyə gətirilən cənazəsinin qalıqları şəhərin Mtatsminda panteonunda dəfn olunacaq.
Bayram mərasimlərinə Tbilisi Dövlət Opera və Balet Teatrında qala-konsertlə yekun vurulacaq. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək