Hacı Əliyev Avropa ikincisi OLDU
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
KONKRET.az-ın məlumatına görə, 65 kq-da çıxış edən idmançı finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.
3 qat dünya və 3 qat Avropa çempionu görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Qarşılaşmanın başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış fənd tətbiq edərkən kobudluğa yol verən Əliyev xəbərdarlıq alıb.
Sona 33 saniyə qalarkən, Azərbaycan təmsilçisi badalaq atmaq istəyərkən, özü əks fəndlə arxası üstə düşüb. Nəticədə 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.
20:36
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
KONKRET.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində rəqib Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olub.
Rəqibinə 6:8 hesabı ilə uduzan Rzazadə gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın yarışda ilk medalı olub.
Qeyd edək ki, bu gün, həmçinin Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasında qüvvəsini sınayacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu