Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxa bilər
Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxa bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, üçqat dünya və dördqat Avropa çempionu bütün diqqətini apreldə Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə yönəldib. Yanvarın 10-da Xorvatiyada startı veriləcək "Zaqreb Open"ə yollanmayan 32 yaşlı pəhləvan fevralın 12-18-si aralığında Buxarestdə təşkil olunacaq qitə birinciliyinə də yollanmaya bilər.
"Hacı Əliyevin Avropa çempionatında 65 kq çəkidə güləşməyəcəyi dəqiqdir. O, ən yaxşı halda 70 kq-da çıxış edə bilər. Ancaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq üçün Avropa çempionatını buraxması da istisna deyil", – deyə qurumdan bildirilib.
Qeyd edək ki, Hacı Əliyev üçqat dünya (2014, 2015, 2017) və dördqat Avropa (2014, 2018, 2019, 2023) Avropa çempionudur.
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi