Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imişSənədsiz evlərin tikintisi ilə bağlı qaydaların sərtəşdirilməsindən sonra Bakıətrafı qəsəbələrdə həyət evlərinin inşası nəzərəçarpacaq dərəcədə azalıb. Hətta torpaq sahiblərinin çoxu kommunal xətlərin çəkilməsinin çətinliyini nəzərə alaraq, gözləmə mövqeyində dayanıb. Amma istisnalar da var. Məsələn, Bakının Sabunçu rayonunda, xüsusilə Ramana qəsəbəsində həyət evlərinin inşası əvvəlki qaydada davam edir. Satış saytlarına nəzər salsaq, bu ərazilərdə olan torpaqlarla bağlı elanların sayında xeyli artım müşahidə olunur.
Buna səbəb nədir?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxın bəzi ərazilərində yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi qanunsuz tikintilər mövcuddur:
"Tikinti ilə bağlı qanunvericiliyin tələbləri bütün rayonlar üçün eynidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu işlə məşğuldur və komitə nəzdində bununla bağlı portal istifadəyə verilib. Məlumatlandırma icraatı ilə bağlı vətəndaş müraciətini bu portal üzərindən edir və cavabını alır. Bu zaman torpağın Səbail və yaxud Sabunçuda yerləşməsinə görə hər hansı rüsum fərqi yoxdur. Sənədsiz tikililərə gəlincə, şəhərin ərazisindən asılı olaraq, yerli icra hakimiyyəti orqanlarının qanunsuz şəkildə tələb etdikləri müəyyən məbləğ var. Bu məbləğ yerləşməsindən, evin ölçülərindən, mərtəbə sayından asılı olaraq dəyişir. Məsələn, Binəqədi rayonunun ərazisində yerləşən Biləcəri və kənd Binəqədinin tikinti qiymətləri arasında müəyyən fərqlər var. Bu işin hüquqi tərəfidir".
Ekspert qanuni tikintilərlə bağlı ərazidən asılı olmayaraq, icazə rüsumunun eyni olduğunu diqqətə çatdırıb:
"Tez başa gəlmə məsələsinə gəlincə, bu artıq texniki məsələdir. Məsələn, biz Yeni Ramana ərazisində tikinti aparmaq üçün yerli icra hakimiyyəti orqanları ilə daha tez dil tapa bilirik, nəinki Mərdəkanda. Bu isə ərazinin inzibati mərkəz olub - olmamasından asılıdır. Amma sənədli torpaq sahələrinin üzərində, məlumatlandırma icraatı qaydasında tikinti aparılması ilə bağlı Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma məcəlləsi var. Həmin məcəllənin tələbələrinə müvafiq qaydada tikinti aparmalıdır. Bu isə şəhərin bütün rayon və ərazilərində eyni qiymətlədir".

Sosial       Tarix: 08 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün sonxabar kriminal cəbhədən son məlumatlar