Hamilə qadın virusa yoluxdu - Həkim işdən çıxarıldı, elektron qolbaqla gəzəcək

Hamilə qadın virusa yoluxdu - Həkim işdən çıxarıldı, elektron qolbaqla gəzəcək52 yaşlı həkim xəstəni immunçatışmazlığı virusuna (HİV) yoluxdurduğu üçün cəzalandırılıb. Onun həkim kimi fəaliyyətinə xitam verilib.
azxeber.com Musavat.com-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gigiena və Epidemologiya Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinin həkim-laborantı Nəsibə Zamanova (ad və soy adı şərtidir) işdən çıxarılıb.
O, işlədiyi dövrdə öz xidməti vəzifələrini lazımınca yerinə yetirə bilməyib. Onun işlədiyi müddətdə hamilə pasientlərdən birinə qan lazım olub. Donor isə hamilə qadının atası olub. Həkim N.Zamanova lazım olan müayinələri aparmayıb və donor olan atanın qanında immunçatışmazlığı virusunu müəyyən edə bilməyib. Bununla da hamilə qadının immunçatışmazlığı virusuna yoluxmasına səbəb olub.
Pasientin HİV virusuna yoluxması isə doğuşdan sonra müəyyən edilib. Doğulan körpədə isə virus aşkarlanmayıb.
N.Zamanova bu əməlinə görə peşman olub. 20 ildən artıq Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin QiÇS-lə mübarizə və profilaktika şöbəsində müxtəlif vəzifələrdə çalışmış Zamanova 2023-cü ildə öz ərizəsi ilə işdən ayrıldığını deyir.
HİV-ə yoluxmuş pasientin müalicəsi hazırda davam edir. O, həkimdən şikayətçi olmayıb, barışıblar. 
Zamanova 1 il 6 ay müddətinə həkim fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilib. 1 il 6 ay müddətə isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddət ərzində elektron qolbaqla gəzəcək.

Sosial       Tarix: 23 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 maraqlı xəbərlər son xabarlar metbuat xeberleri