Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaqTürkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq.
Bu barədə "Deadline" nəşri məlumat yayıb.
Filmin rejissoru və ssenaristi iranlı Nader Saivar olacaq. Çəkilişlərə 2027-ci ilin əvvəlində başlanılması planlaşdırılır.
Hande Erçel filmdə ali təhsilli, orta təbəqədən olan Mərva adlı türk qadının obrazını canlandıracaq. Həyat yoldaşının Türkiyədə faciəli şəkildə həlak olmasından sonra Mərva Almaniyaya köçür və burada 12 yaşlı oğlu ilə birlikdə həyatına yenidən başlamağa çalışır.
Mərva alman ailəsinə məxsus dil məktəbində işə düzəlir. Lakin burada ailənin 15 yaşlı oğlu Lukanın təqibləri və qısnamaları ilə üzləşir. Təqiblər təkrarlanandan sonra Mərva baş verənləri oğlanın atasına danışmaq qərarına gəlir.
Lakin ailə ona kömək etmək əvəzinə Mərvanı yalan danışmaqda ittiham edir və ona qarşı amansız təzyiqlərə başlayır. Qadın oğlu naminə qərəzlərə və sistemə qarşı mübarizə apararaq özünü müdafiə etmək və həqiqəti sübut etmək üçün mübarizənin sonuna qədər getmək qərarına gəlir.
Filmdə alman ailəsinin atası rolunu məşhur aktyor Morits Blyaybtroy canlandıracaq. Digər ölkələrdən olan aktyorların adları isə daha sonra açıqlanacaq.
///oxu.az/// / azxeber.com

Şou Biznes       Tarix: 10 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Yusif Mustafayev 17 kiloqram arıqlayıb

Əməkdar artist Yusif Mustafayev 17 kiloqram arıqlayıb. xəbər verir ki, sənətçi bu barədə "1001 Şou" verilişində danışıb. O, 103 kiloqramdan 86 kiloqrama qədər arıqladığını bildirib:. "Plan qoymuşam, özümü arıqladıram


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar xeber.az 2026 en son xeberler son xeber.az