Hava şəraiti ilə bağlı mühüm xəbər - Umayra Tağıyeva açıqladı
"Uzun sürən yüksək temperatur şəraiti fonunda quraq havaların üstünlüyü meşələrimizdə yanğın təhlükəsini yüksəldir".
azxeber.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, məzuniyyət və qısamüddətli istirahətini meşəlik ərazilərdə keçirmək istəyənlərin sayının çox olması, bəzi insanların məsuliyyətsizliyi yanğın təhlükəsini daha da artırır: "Təbii ki, yağış yağdıqda, torpaq nəm olduqda yanğın təhlükəsi ehtimalı azalır. Lakin son dövrdə davam edən quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır. Yanğın təhlükəli meteoroloji şərait fonunda hətta səhlənkarlıq nəticəsində quru otların yandırılması, söndürülməmiş atılan kibrit çöpü və siqaret belə yanğın fəlakətinə səbəb ola bilər. İstirahətə gələnlər tərəfindən ocaq və manqalların qalanması da təhlükə mənbəyidir. Meşələr xalqın sərvətidir. Eyni zamanda unikal ekosistemdir. Hamılıqla məsuliyyətli olaq və meşələrimizi qoruyaq".

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik
Lənkəranda WUF13 Festivalına start verilib
Airblue' aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu
Səfir: Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır
Dünya bazarlarında neftin qiyməti açıqlanıb
Zelenski Ermənistana səfər edəcək
Okampo kimilər üçün dəyər anlayışı yoxdur' - Azər Həsrət
Tender qarantiyasını Yelo İnternet Bankçılıqda tam onlayn əldə et
Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olunub
Ağcabədidə ər arvadını öldürdü
Canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
Hörmüz boğazı nə vaxt açılacaq? – Tehrandan şərt