Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEO

Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEODünyanı cənginə alan pandemiya və müharibələr onları nisbətən unutdurub. Amma heç bir halda diqqətdən kənarda qala biməzlər. Çünki ölkəmizin dünyada tanıdılmasında, bayrağımızın yüksəldilməsində xidmətləri az deyil. Üçqat dünya çempionu, İslam oyunlarının gümüş mükafatçısı, MMA döyüşçüsü, dünya şöhrətli Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan 27 yaşlı azərbaycanlımız Bayram Şəmmədov kimi…
Əslində bu gənci, bəlkə də, çoxlarımız heç tanımırıq da. Amma onun idman sahəsindəki uğurlarını saymaqla qurtarmaq olmaz. Xüsusən də, MMA idman növündəki inadlı qələbələri bütün Azərbaycan gəncliyi üçün sözün əsl mənasında böyük bir nümunə və motivasiya hesab oluna bilər.
KONKRET.az bunu nəzərə alaraq Bayram Şəmmədovla geniş müsahibə hazırlayıb.
Beləliklə…
– Bayram, idmana nə vaxtdan başlamısınız?
– Mən 9-10 yaşlarımdan etibarən idmanla məşğul olmağa başlamışam. Bu da sırf öz marağımla bağlı olub. Yəni heç kimin tövsiyəsi ilə bu yolu seçməmişəm. Əksinə, yadıma gəlir ki, valideynlərim bəzən məni bu yoldan çəkindirmək də istəyiblər. İdmanda hər hansı zədə alacağımdan ehtiyat ediblər. Hətta havalar yağışlı-qarlı olanda mənə "hava çox soyuqdur, məşqə getmə" də deyiblər. Amma heç nəyə baxmayaraq, mən idmandan ayrılmamışam. Qarlı-şaxtalı havada məşqə piyada getdiyim günlər də olub.
– Hansı uğurlara imza atmısan?
– İndiyə qədər bir çox yarışlara qatılmışam. 5 dəfə respublika, 5 dəfə Bakı, 3 dəfə dünya çempionu olmuşam. 2014-cü ildə uşu sanda idman növü üzrə gənclərin olimpiadasında və 2017-ci ildə Bakıda keçirilən İslam oyunlarında ikinci yerə çaxaraq, gümüş medal qazanmışam. Həmçinin, professional MMA döyüşlərində 9 qələbəm, 3 məğlubiyyətim olub.
Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEO– Bayram, bəs peşəkar MMA döyüşçüsünə necə çevrildin?
– Mən təxminən yeniyetmə yaşlarımda Aqşin Babayev, Heydər Məmmədəliyev, İbrahim Məmmədəliyev kimi idmançıları izləyirdim. O vaxt onlar professional döyüşçü idilər. Onlara baxıb fikirləşirdim ki, yaşım çatsaydı, mən də onlar kimi döyüşərdim. Bu idman növündə kişilər arasında peşəkar döyüş 18 yaşdan sonra başlayır. Buna baxmayaraq, mən elə 16-17 yaşımdan döyüşməyə başladım.
Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEO– Nəyə görə bu idman növü "qaydasız döyüş" adlanır?
– "Qaydasız döyüş" deyəndə bir az kobud səslənir və çoxları elə bilir ki, necə gəldi döyüşmək olar. Amma əslində elə deyil. MMA bir idman növüdür və onun da öz qaydaları var. Məsələn, başın arxasından vurmaq, barmağı gözə salmaq və s. olmaz.
– Maraqlıdır ki, uşaqlıqda necə bir xarakterdə olmusan: çılğın, davakar, yoxsa sakit?
– Səmimi deyim ki, uşaqlıqda məhəlləmizdə hərdən dava eləmişəm. Amma bir müddətdən sonra – özümü dərk edəndən demək olar ki, heç kimlə əlbəyaxa olmamışam. Biz sözümüzü həmişə idman arenalarında deyirik. Yəni kimisə vurmaqla, dava eləməklə özünə düşmən qazanmaqdan heç nə əldə edə bilməzsən.
– Sonuncu döyüşlərini necə xatırlayırsan?
– Axırıncı döyüşüm Qazaxıstanda olub. Sonuncu – 9-cu qələbəmi də orada qazanmışam. Döyüş çox çətin oldu, hətta baş barmağımdan ciddi zədə də aldım. Buna baxmayaraq, iki raundu axıra qədər döyüşdüm. Ayaq üstə döyüşən idmançı olsam da, üstünlüyü güləşməyə, tutub saxlamağa, yerdə döyməyə verdim və qalib gəldim.
Ondan bir döyüş əvvəl isə Eagle FC-də vuruşmuşam. O da Həbib Nurməhəmmədovun qurduğu təşkilatın döyüşləri idi. Orda da Həbibin tələbəsini – Şamil Məhəmmədovu nokaut etdim.
Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEO– Ən böyük hədəfin nədir?
– Hədəfim UFC-də vuruşmaqdır. Həmin döyüşlərdə Həbib Nurməhəmmədov, Konor Makqreqor kimi idmançılar vuruşur. Onlara baxanda çox həvəslənirəm. Xüsusən də Konor kimi ayaq üstə döyüşdüyümə görə istəyərəm ki, o döyüşlərə qatılım. İndiyə qədər Azərbaycandan o döyüşlərdə iştirak edən olmayıb. Amma mənim hədəfim ora qatılmaqdır.
– Qazandığın uğurlarda özünü kimlərə borclu hesab edirsən?
– Bu pilləyə çatmağımda əziyyəti olan müəllimlərimə – Heydər Məmmədəliyev, İbrahim Məmmədəliyev və adlarını çəkmədiyim bir çox məşqçilərimə mənə verdikləri dəstəyə görə çox minnətdaram.
– Gənclərə sözün nədir?
– Gənclərə ancaq onu deyə bilərəm ki, mütləq idmanla məşğul olsunlar. Təəssüf ki, indi cəmiyyətdə narkomaniya halları çoxalıb, gənclər arasında pis vərdişlər artıb. Tövsiyə edərdim ki, belə neqativlərdən uzaqlaşsınlar, idmanla məşğul olsunlar ki, həm bədənləri sağlam olsun, həm də gələcəkləri…
Hazırladı: Sevinc Paşayeva
KONKRET.az
Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEO

İdman       Tarix: 07 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler son xeber cəbhədən son məlumatlar son.xabar