Həbsdə tanış olan üç nəfər oğurluq etdi - FOTO

Həbsdə tanış olan üç nəfər oğurluq etdi - FOTOCəzaçəkmə müəssisəsində tanış olan üç nəfər keçmiş məhkum Oğuz rayonunda oğurluq ediblər.
Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, rayonun Bucaq kəndi ərazisində yerləşən evlərin birindən televizor, mağazadan tütün məmulatları və pul oğurlanıb, eləcə də bir ünvandan oğurluğa cəhd olunub.
Naməlum şəxslər daha sonra kənd sakininə məxsus "Mercedes" markalı avtomobili qaçırıblar.
Polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və cinayət hadisələrini törədən şəxslərin kimliyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən üç nəfər, əvvəllər də dəfələrlə eyni əmələ görə məhkum olunmuşlar – Elbrus Həsənov, Araz Hüseynov və Hümmət Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, oğurluq məqsədilə Bakı şəhərindən Oğuza gələn dostlar burada niyyətlərini həyata keçirdikdən sonra "Mercedes" markalı avtomobili qaçıraraq Bakı şəhərinə gediblər. Onların qaçırdıqları nəqliyyat vasitəsinin yeri paytaxtda müəyyən olunaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, saxlanılan şəxslər müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər.
Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, hər üç şəxsin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.
Həbsdə tanış olan üç nəfər oğurluq etdi - FOTOHəbsdə tanış olan üç nəfər oğurluq etdi - FOTO

Hadisə       Tarix: 28 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən xəbər valyuta mezenesi ən son xəbər