Həcc ziyarəti ilə bağlı qərar verildi - Yalnız bu qədər insan gedə biləcək (YENİLƏNDİ)

Həcc ziyarəti ilə bağlı qərar verildi - Yalnız bu qədər insan gedə biləcək (YENİLƏNDİ)Koronavirus pandemiyası səbəbilə xaricdən zəvvar qəbul etməyən Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətinə yalnız ölkədə olan 1000 nəfəri qəbul edəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Həcc və Ümrə naziri Məhəmməd Saleh ibn Tahir Benten danışıb.
Nazir bildirib ki, zəvvarlar Səudiyyə Ərəbistanı vətəndaşları və ya ölkədə yaşamaq icazəsi olanlar arasından seçiləcək.
"Bəlkə bir az daha az, bəlkə bir az daha çox, amma minə yaxın insan hacı olacaq", - nazir qeyd edib.
Səhiyyə naziri Tövfiq əl-Rəbiə sadəcə 65 yaşdan aşağı şəxslərin və xroniki xəstəliyi olmayanların ziyarətə buraxılacağını deyib. Zəvvarlar Məkkəyə girməzdən əvvəl testdən keçiriləcək və ibadətdən sonra 14 karantində saxanacaqlar.
Həcc ibadətinin iyulun sonunda başlanması planlaşdırılır.
******
09:35
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi müsəlmanların müqəddəs Həcc ziyarəti ilə əlaqədar qərarı açıqlayıb.
Publika.az xəbər verir ki, Krallığın müasir tarixində ilk dəfə olaraq ziyarət çox məhdud sayda və Səudiyyə Ərəbistanında olan yerli və əcnəbi zəvvarlar tərəfindən yerinə yetiriləcək. Xarici ölkələrdən Həcc ziyarətinə gələnlər olmayacaq.
Nazirliyin bəyanatında bildirilir: "Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətinə gələn milyonlarla müsəlmana xidmət etməkdən qürur duyur, hər il onların təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirir. Biz qüdrətli Allaha dua edirik ki, ölkələrimizi pandemiyadan qorusun".
Səudiyyə Ərəbistanında 161 min nəfərin COVID-19-a yoluxması və 1300-dən çox insanın vəfat etməsi qərarın verilməsinə təsirini göstərib. Lakin çox məhdud sayda zəvvarın sayı açıqlanmayıb.

Dünya       Tarix: 23 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun xəbər.az son xeber 2026 xeberler az