Həkim "həyəcan təbili çaldı" - "Yeni pandemiyanın başlaması mümkündür, koronavirus isə..."

Həkim "Koronavirus hələ də davam edir. Pandemiya rəsmi olaraq sona çatsa da, bəzi bölgələrdə epidemiya ocaqları mövcuddur. Keçən yay və payız aylarında Avropanın bir çox ölkəsində virus geniş şəkildə yayılmışdı. Bu günə qədər də ölkəmizdə yoluxma və hətta ölüm hallarının davam etdiyini görürük. Yəni, koronavirus tamamilə yox olmayıb və proses hələ lokallaşmayıb".
Bu fikiləri KONKRET.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla səsləndirib.
Həkim "Təəssüf ki, bu vəziyyətin yaranmasında insanların münasibəti də az rol oynamayıb. Bir çox insanın vaksinasiya ilə bağlı yanlış təsəvvürləri, saxta sənədlərin əldə olunması və tibbi tövsiyələrə əməl edilməməsi virusun yayılmasına şərait yaradıb. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı da bu prosesdə effektiv moderator rolunu tam yerinə yetirə bilməyib.Bütün bunlarla yanaşı, dövlətlərarası münasibətlərin zəifliyi və qlobal səhiyyə sisteminin, o cümlədən epidemioloji infrastrukturun düzgün qurulmaması vəziyyətin bu həddə çatmasında mühüm rol oynayıb".
Həkim-infeksionist İlhamə Abbaszadə isə saytımıza açıqlamasında qeyd edib ki, hazırda koronavirusun mövcud forması əvvəlki qədər təhlükəli deyil.
Həkim "Gələcəkdə heyvanlardan insana keçə biləcək yeni virus və ya bakteriyaların meydana çıxma ehtimalı istisna olunmur. Belə hallarda yeni bir pandemiyanın başlaması mümkündür. Həmçinin, dəri xəstəlikləri də daxil olmaqla fərqli mənşəli yeni yoluxucu xəstəliklərin yaranma riski hələ də qalır".
İnfeksionistin sözlərinə görə, immun sistemləri güclənib, vaksinasiya səviyyəsi yüksəkdir və xəstəliyin klinik gedişi daha yüngül müşahidə olunur. Bu səbəbdən COVID-19-un yenidən genişmiqyaslı bir sağlamlıq böhranına çevrilməsi gözlənilmir.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 16 may 2025
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər