Əgər təriniz ağ iz buraxırsa, deməli... - bu qidalardan yeyin
Elektrolitlərin sağlamlıq üçün mühüm əhəmiyyətə malik olduğu və kifayət qədər qəbul edilmədikdə ciddi problemlərə səbəb ola biləcəyi bildirilir.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, "New York Post"a açıqlama verən Dr. Raj Singh hər kəsin səhhətini qorumaq üçün elektrolitlərə ehtiyacı olduğunu vurğulayaraq, çatışmazlığın bəzi əlamətlərini açıqlayıb.
Onun sözlərinə görə elektrolitlər balanslı qidalanma yolu ilə təmin edilə bilər və zeytun (natrium), banan (kalium), qara lobya (maqnezium) və qatıq (kalsium) kimi qidalar bu baxımdan faydalıdır.
Kişilərin əzələ quruluşuna görə daha çox elektrolitə ehtiyac duya biləcəyini bildirən Dr. Singh xüsusilə həddindən artıq tərləmə, qusma və ya ishal halında əlavə elektrolit qəbulunun vacib olduğunu qeyd edib. Elektrolit çatışmazlığının əsas əlamətləri arasında əzələ spazmları, yorğunluq, gücsüzlük, baş ağrısı və başgicəllənmə var. Uzunmüddətli çatışmazlıq isə nizamsız ürək döyüntüsü və ya aşağı qan təzyiqi kimi daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssislər müntəzəm olaraq alkoqollu içkilər qəbul edən insanların daha yüksək risk daşıdığını və duzlu tərləmənin də elektrolit çatışmazlığının bir göstəricisi ola biləcəyini bildirir. Bu, tərləmənin parça üzərində ağ iz buraxması ilə müəyyən edilə bilər.
Sodyum xlorid və kaliumun ən vacib elektrolitlər olduğu, lakin maqnezium və kalsium kimi digər mineralların da bədənə maye balansını qorumaq və ümumi sağlamlığı dəstəkləmək baxımından əhəmiyyətli olduğu vurğulanır.
Lakin hər hansı bir qida əlavəsi qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…