Həkimi Rəhimlə bağlı bütün sirləri açdı: 'Səhnədə şən görünməsinə baxmayın

Həkimi Rəhimlə bağlı bütün sirləri açdı: 'Səhnədə şən görünməsinə baxmayınKardioloq Üzeyir Rəhimov ötən gün dünyasını dəyişmiş bəstəkar-müğənni Rəhim Rəhimli ilə bağlı paylaşım edib. 
azxeber.com xəbər verir ki, həkim R.Rəhimlinin 3-4 il əvvəl pasiyenti olduğunu və ağır ürək çatışmazlığından əziyyət çəkdiyini yazıb: 
"3-4 il əvvəl pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığında gəlmişdi. Bir az düzələn kimi "qaçdı", yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də mənim palatamı dəyişdirin demədi. 
Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa, baxmayın bu gün sosial mediaya. Özünün maddi vəziyyəti yəqin ki, bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan.
Yaradıcılıq qabiliyyəti olan insanlara həmişə heyran olmuşam, məndə belə xüsusiyyət olmadığından bəlkə də. Ya da tanrıya bizlərdən bir az daha yaxın olduqları üçün. Yaratmaq xüsusiyyətləri onlarda tanrıdan daha böyük parça daşıdıqlarının gösdəricisidir.
Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə "mütləq gələcəyəm" demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını.
Yəqin ki, bu müddət zərfində bir neçə sənət əsəri daha yaratmışdır. Kaş ki, hər bir insanın həyatının sonunda sonrakı nəsilə buraxacağı bir şeylər olsa..."
 Qeyd edək ki, R.Rəhimli ötən gün ürəktutmasından vəfat edib.

Şou Biznes       Tarix: 02 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Polat Alemdar ekranlara qayıdır?

"Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə tanınan Necati Şaşmazın qardaşı Raci Şaşmazın ssenarisini yazdığı "Yeraltı" serialında qonaq oyunçu kimi rol ala biləcəyi irəli sürülüb. . -a istinadə

Tanınmış aktyor bütün əmlakını övladlarına verdi: "İndi mülküm yoxdur

Türkiyəli tanınmış aktyor Tarık Papuççuoğlu bütün əmlakını övladlarına verdiyini açıqlayıb. Sənətçi hazırda Bodrumda bir şirkətin qonaq evində yaşadığını bildirib. Bu barədə "Habertürk" məlumat yayıb. "Haya

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

Yeni Ceyms Bondun kimliyi açıqlandı: Gözlənilməz seçim

"Amazon MGM Studios" kinostudiyası yeni Ceyms Bond filmində əfsanəvi "agent 007" obrazını britaniyalı aktyor Robert Pattinsonun canlandıracağını rəsmən açıqlayıb. Bu barədə şirkətin rəsmi press-relizind

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cəbhədən son görüntülər en sonxeber enson xeberler