Həmidə Ömərova: "Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim

Həmidə Ömərova: Həmidə Ömərova: "Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim"
"Azərbaycan kinosu hələ istiqamətini axtarmağa çalışır. Addımlayırıq, amma sürətlə yox. Düzdür, son vaxtlar beynəlxalq arenaya çıxır, mükafat da qazanırıq. İşləyən gənclər çoxdur. İndi dövlət sifarişi və kommersiya məqsədli filmlər rəqabətə girib. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilənlər baxımlı və uğurlu olsun. Sərf olunan məbləğ geri qayıtsın. Onda kinematoqrafçıların da film çəkməyə marağı olar. Peşə sahibləri işlə təmin olunarlar". 
Bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.
Aktrisa son günlər film sahəsində baş verənlərdən danışıb.
O bildirib ki, rejissorları xaricə təcrübə yığmağa göndərmək lazımdır:
"Biz qonşu dövlətlərin, dünya kinosunun nümunələrində hansı proseslərdən keçdiyini öyrənməliyik. Onda həvəslənərik. Kino festivalları çoxaldılmalıdır, biz getməliyik. Təkcə İncənət Universitetində tədrislə bunlar bəs etmir. Kinematoqrafçılarımızı xaricə təhsil almağa göndərməliyik. Türkiyədə rejissorlar xaricdə təhsil alıb, gəlib film sahəsini inkişaf etdiriblər. Biz kino sahəsindəki texnika cəhətdən geri qalmışıq".
H.Ömərova aktyorların qazancdan şikayətlənməsi məsələsinə toxunub:
"Sovet aktrisasıyam, biz dözürük. Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, dörd-beş yerdə işləyirəm. Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən bir yerdə yaxşı maaş alsaydım, niyə başqa yerə qaçım? Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim. Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdilər". / oxu.az

Şou Biznes       Tarix: 13 may 2024
f Paylaş

Oxşar xəbərlər

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun en son xeberler bu gun cəbhədən ən son xəbərlər axsam.az xeberler