Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs TUTULDU
Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
KONKRET.azxəbər verir ki, Astara rayonu Artupa kənd sakini, 30 yaşlı Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı məlum olub ki, Alqış Quliyevin həmkəndlisi 37 yaşlı Şamxal Şahverdiyev qarət məqsədilə onların yaşadığı evə daxil olub. Şamxal Şahverdiyev, Alqış Quliyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib. O cümlədən qarətçi əlində olan bıçaqla evin xanımına yüngül xəsarət yetirərək, boynundakı boyunbağını qırıb və hadisə yerindən uzaqlaşıb. Alqış Quliyevin vəziyyəti ağır olduğundan o, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Həkimlər onun vəziyyətini orta – ağır qiymətləndirirlər
Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam edir.//APA

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb