Həmyerlisinə atəş açıb, Bakıya qaçdı
Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək Bakıya qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində tutulub.
Belə ki, dekabrın 9-da Tərtər rayonunda yaşayan Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Məlumatla əlaqədar olaraq dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib və onun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə həyata keçirilib və faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadənin dekabrın 11-də Binəqədi rayonu ərazisində "Priora" markalı avtomobildə olması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha 2 nəfər həmin nəqliyyat vasitəsində saxlanılması təmin edilib.
Sənan Ağazadə saxlanılan zaman ondan lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, 1 ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd "metanarol" və 11 ədəd "deksanmetazon" həbi aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər cinayət işinin istintaqının aparılması üçün Tərtər RPŞ-yə təhvil veriliblər.


Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb