Həndbol üzrə Azərbaycan çempionatına start verildi

Həndbol üzrə Azərbaycan çempionatına start verildiHəndbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib.
Azərbaycan Həndbol Federasiyasından (AHF) KONKRET.az-a bildiriblər ki, çempionatın açılış oyununda Şağan Olimpiya İdman Kompleksində kişilərdən ibarət "Gənclər Birliyi" və "Bakı" komandaları üz-üzə gəliblər.
Oyun "Bakı" kollektivinin 34:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonra meydana qadın həndbolçular çıxıblar. "İdman Akademiyası" komandası ilə görüşən "Qarabağ" klubu qarşılaşmanı öz xeyrinə başa vurub – 43:24.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionatın açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən federasiyasının vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti Saleh Məmmədovun salamlarını və bayram təbriklərini yarış iştirakçılarına çatdırıb. Ölkədə idmana göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edən O.Abbasov bu gün həndbolçular üçün ikiqat bayram olduğunu xüsusi vurğulayıb.
Orxan Abbasov pandemiya şəraiti ilə əlaqədar uzun sürən fasilədən sonra həndbol üzrə növbəti çempionatın keçirilməsinə göstərilən dəstəkdən danışaraq Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.
Yeni mövsümün gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə inandığını bildirən federasiya rəsmisi çempionatda yarışan komandalara uğurlar arzulayıb.
Açılış mərasimi başa çatdıqdan sonra kişilərin mübarizəsində U-16 və U-18 İdman Akademiyası komandaları arasındakı görüş heç-heçə başa çatıb – 29:29.
Daha sonra meydançaya çıxan "Azəryol" ilə "Azərsu" kollektivləri arasındakı görüşdə daha inamlı oyun göstərən "Azəryol" rəqibini böyük hesabla məğlub edib – 34:3.
İlk oyun gününün sonuncu "Təhsil" – "Məhsul" matçı isə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Hər iki komandanın cəhdlərinə baxmayaraq, görüş sülhlə yekunlaşıb – 26:26
Xatırladaq ki, martın 26-da isə "Bakı – "Təhsil", "Qarabağ" – "Azəryol", U-18 İdman Akademiyası – "Gənclər Birliyi", "Azərsu" – "İdman Akademiyası", "Məhsul" – U 16 qarşılaşmaları keçiriləcək.

İdman       Tarix: 22 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun axsam.az xeberler son.xeberler meherremlik 2026