Hər iki oyuna görə qələbəyə layiq idik - Qurban Qurbanov

Hər iki oyuna görə qələbəyə layiq idik - Qurban Qurbanov"Öncə futbolçularımı təbrik etmək istəyirəm. Gördüyünüz kimi, oyun gərgin keçdi. Hava şəraiti çox istidir. İndi belə, nəfəs almaq çətindir". Komandamızdakı xeyli problemlərə baxmayaraq, istədiyimiz nəticəni qazandıq".
Publika.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsraildə "Aşdod" klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının cavab oyunundan sonra deyib.
49 yaşlı mütəxəssis oyunun gedişində hazır olmadıqları çətinliklərlə üzləşdiklərini bildirib: "Yenə də futbolçular qalib gəlmək üçün sonadək vuruşdular, əllərindən gələnin artığını etdilər. Həddindən artıq həyəcan var idi. Son vaxtlar zədəlilərin çoxluğu kollektivə təsir edir. Qələbəni kənara qoysaq, futbolçuların xarakteri mənim üçün çox vacib idi. Bəzi gənc oyunçularımız belə oyunları nə qədər tez hiss etsələr, onların inkişafı daha da sürətlənəcək. Düşünürəm ki, hər iki oyuna görə komandamız qələbəyə layiq idi".
Qurbanov komandasında qol imkanlarından yararlanma sarıdan problemlərin olduğunu etiraf edib: "Əlbəttə, belə epizodlardan yararlanmaq lazımdır. Xüsusən, bu cür qarşılaşmalarda. Lakin elə epizodlar da oldu ki, sanki qol idi, sadəcə, top qapı xəttindən keçmədi. Amma ümumən, yeni kollektiv formalaşır. Dəfələrlə bildirmişəm ki, hücum xəttinə bir neçə oyunçu götürmək istəyirəm. Bunlar belə oyunlarda və hava şəraitində gərəklidir. Özünüz də gördünüz ki, rəqib meydana 3 oyunçunu birdən buraxdı. Onlar hücum xəttini daha da sürətləndirdi, daha da dəyişikliyə səbəb oldu. Belə qarşılaşmalarda bir neçə əlavə futbolçuya ehtiyac var idi. İstifadə edilməmiş epizodlar bəzən gərginliklə əlaqədar olur. Deməzdim ki, futbolçularımızın ustalıqları yoxdur. Çünki qol epizodlarına girən hücumçular bundan da çətin vəziyyətlərdən fərlqənməyi bacarıblar. İstənilən halda, bəzən gərginlik və həyəcan, saniyələr belə təsir edirdi".
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində AEL (Kipr) / "Vlajnia" (Albaniya) cütünün qalibi olacaq. Ağdam klubu ilk oyununu səfərdə keçirəcək.

İdman       Tarix: 30 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne