"Hər şey mümkündür" layihəsi həyata keçirildi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən "Hər şey mümkündür" layihəsi çərçivəsində inklüziv inkişaf və birgə iştirakı təşviq edən xüsusi tədbir həyata keçirilib.
Tədbir çərçivəsində beynəlxalq səviyyədə tanınan "DanceAbility" metodologiyası əsasında oyun və hərəkət məşğələsi təşkil edilib. İnteraktiv formatda keçirilən məşğələ zamanı uşaqlar müxtəlif fəaliyyətlər vasitəsilə özlərini ifadə etmək, yaradıcılıqlarını nümayiş etdirmək, komanda ruhunu inkişaf etdirmək və birlikdə öyrənmək imkanı əldə ediblər.
Tədbirdə Bir ekosistem əməkdaşlarının övladları ilə yanaşı, Qırmızı Ürəklər Fondunun dəstək göstərdiyi daun sindromlu uşaqlar da daxil olmaqla ümumilikdə 20 uşaq iştirak edib. Fərqli bacarıqlara malik uşaqların bir araya gəldiyi tədbir qarşılıqlı anlayışın, bərabər imkanların və inklüziv dəyərlərin təşviqinə xidmət edib.
Layihənin əsas məqsədi uşaqlar arasında qarşılıqlı ünsiyyətin gücləndirilməsi, sosial inteqrasiyanın təşviqi və fərqli bacarıqlara malik uşaqlar üçün inklüziv mühitdə birgə inkişaf imkanlarının yaradılması olub.
Fond gələcəkdə də uşaqların rifahına, inkişafına və inklüziv mühitdə aktiv iştirakına dəstək verən layihələrin həyata keçirilməsini davam etdirəcək.
Ətraflı məlumat: www.b-b.az/rhhsm  
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün  saytına daxil ola bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 03 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler