"Hər şeyi dövlətdən gözləmək, büdcə vəsaiti hesabına planların icrasına ümid etmək yolverilməzdir" - ÖZƏL

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ölkədə uğurla həyata keçirilən strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramları qeyri-neft sektorunun inkişafına, sosial infrastruktur keyfiyyətinin yüksəldilməsinə, iş yerlərinin açılmasına və nəticədə əhalinin yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ölkədə ümumi daxili məhsulun 3,3 dəfə, qeyri-neft sektorunun isə 2,8 dəfə artması bu inkişafın əsas göstərici hesab oluna bilər. Eyni zamanda Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Məhz bunun nəticəsi olaraq Prezidentin fərmanı ilə yenidən  "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişməsinə, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə səbəb olub. Azərbaycan Prezidentinin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi sahəsində görülən işlərə təkan verib. Belə ki, dövlət başçısı bir çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, yerlərdə ictimaiyyətin nümayəndələri, o cümlədən sahibkarlarla görüşlər keçirib, eyni zamanda müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində yüzlərlə sərəncam imzalayıb. Bütün bunların nəticəsində Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşları artıb. Belə ki, ölkə iqtisadiyyatına 2004—2018-ci illər ərzində 244,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynovun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub: "Hazırda Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra, Qarabağ və Şərqi Zəngəzurun bərpası ön plandadır. Regionda mühüm infrastruktur layihələri icra olunur, bölgə yaşıl enerji zonasına çevrilir. Eyni zamanda alternativ enerji mənbələrinə çıxışın təmin olunması üçün bir sıra addımlar atılır. Bölgənin külək, günəş və su enerjisi potensialı alternativ enerji təminatı üçün əlverişli şərait yaradır. Avtomobil və dəmiryollarının çəkilməsi ilə yanaşı, beynəlxalq hava limanlarının tikintisi sürətlə davam etdirilir. Füzuli Hava limanı rekord müddətə istifadəyə verildikdən sonra, hazırda Zəngilan və Laçın aeroportlarının tikintisi aparılır. Qarabağ və Şərqi Zəngəzur rayonları ilə yanaşı bütün regionların dayanıqlı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkə başçısının müxtəlif regionlara səfərlər etməsi və sərəncamlar imzalaması, infrastruktur obyektlərinin açılması, yol tikintisi üçün vəsaitlərin ayrılması məsələlərə kompleks şəkildə yanaşıldığını sübuta yetirir".
İlyas Hüseynov əlavə edib ki, sosial-iqtisadi sahənin inkişafı uzun illərdir siyasi gündəlikdədir: "Bu sahənin təşviqi üçün ölkəyə investisiyaların cəlb olunması tapşırığı verilib. Prezident İlham Əliyev yerli icra başçıları ilə görüşlərində onlara bölgənin spesifikasını və iqlimini nəzərə almaqla müstəqil şəkildə investisiyaların cəlb olunması prosesində iştirak etməyi tapşırır. Çünki hazırda dövlət büdcəsindən asılılığın azaldılması, dotasiyaların dayandırılması və regionların müstəqil şəkildə inkişaf etdirilməsi planlaşdırılır. Özündə xüsusi idarəçilik sistemini əks etdirən Xüsusi Nümayəndələrin təyin olunması, artıq yeni çağırışlara cavab verən kadrların təyinatını gündəmə gətirir. Müasir trendlərə uyğun olaraq idarəetmənin təşkili bölgələrə xarici sərmayələrin cəlb edilməsi imkanlarını özündə əks etdirən kadrlardan da asılıdır. Bunun üçün müasir dünya görüşünün, təfəkkürün, operativ və çevik idarəetmə qabiliyyətinin olması vacibdir. Yalnız bunlar olduğu halda biz ölkənin dayanıqlı inkişafını təmin edə bilərik. Hər şeyi dövlətdən gözləmək, büdcə vəsaiti hesabına planların icrasına ümid etmək yolverilməzdir. Ona görə də, yerlərdə olan kadrlar sərmayə cəlb olunması işində mütləq iştirak etməlidirlər".
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusuna uyğun olaraq dərc edilir.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Sosial       Tarix: 10 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son görüntülər cəbhədən son məlumatlar son xabar novruz bayramı