Hərbçilərə şad xəbər: Mənzil təminatına dair yenilik

Hərbçilərə şad xəbər: Mənzil təminatına dair yenilikHərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır.
APA xəbər verir ki, bunu bu gün Milli Məclisdə "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"nin təsdiq edilməsi barədə, "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, Müdafiə Nazirliyində hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sənəd hazırlanır:
"Hökumət hərbçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq, onların mənzil məişət şəraitini daha gücləndirmək istiqamətində tədbirlər görür, mühüm bir proqram hazırlanır. Sənəddə daha çox hərbçiyə mənzil verilməsi əksini tapacaq. Eyni zamanda hərbi şəhərciklərin yaradılması nəzərdə tutulur. Hələ bu sənəd ilkin mərhələdədir. Ola bilsin ki, bu ilin axırına, yaxud gələn ilin əvvəlinə hökumət bu sənədi təqdim etsin".
Deputat hərbçilərin mənzillə təmin olunması qaydalarını xatırladıb:
"Bu gün Milli Məclisdə də məsələ qaldırıldı ki, hərbçilər 20 il xidmətdən sonra mənzil sahibi ola bilirdi, bu qanun onların bu hüququnu məhdudlaşdırır. Bu, belə deyil. Bu təminat dəyişiklikdən sonra 25 ilə uzanmayacaq. Mənzil təminatı tamamilə başqa sənədlərlə, başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmin hərbi qulluqçular indiki qaydada olduğu kimi 20 il xidmətkeçmə müddətindən sonra xidməti və yaxud şəxsi mənzillərlə təmin olunacaqlar".
Komitə sədri qeyd edib ki, əsas məqsəd ordumuzun peşəkar, təcrübəli və hazırlıqlı kadrlarla komplektləşdirilmə səviyyəsinin yüksəldilməsidir:
"Azərbaycan Ordusu son 3 ildə böyük qalibiyyətlər əldə edib. Amma təəssüflər olsun ki, kapitulyasiya aktına imza atmış Ermənistan hələ də sülh danışıqlarından yayınır və hələ də bölgədə gərginlik yaratmağa çalışır. Buna görə də bizim milli maraqlarımız tələb edir ki, Ordumuzun gücləndirilməsi üçün bütün hər şeyi edək".

Sosial       Tarix: 05 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber cebheden xeber apa.az xeberler en son xeber