"Hərbçilərimizə qapını göstərənlər bunun nəticəsindən XƏBƏRSİZDİR" - Zaxarova İrəvanı TƏHDİD ETDİ
"İrəvanın Rusiyanın mövcudluğunun Ermənistan üçün təhlükə yaratdığı barədə bəyanatı absurddur".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Moskva İrəvanın Rusiyanın Ermənistandakı mövcudluğunun İrəvan üçün təhlükə yarada biləcəyi ilə bağlı absurd bəyanatlarını hesab edir.
Zaxarova qeyd edib ki, Rusiya Laçın dəhlizinin "blok"unun tamamilə açılması üzərində işi davam etdirir. Bütün tərəflər üçün məqbul həll yolu tapmaq lazımdır. Onun sözlərinə görə, Rusiya populizmlə məşğul olmaq niyyətində deyil, Laçın dəhlizi ətrafında situasiyanın nizamlanması üçün əsaslı iş aparır.
"Hazırda dəhlizdən humanitar yardımların olduğu kolonlar keçir. Bir daha qeyd etmək istərdik ki, sülhməramlılarımıza qarşı ictimai hücum və təxribatları qəbuledilməz hesab edirik. Onlar bu regionda sülhün təminatçılarıdır. Bu cür hərəkətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vura bilər", – deyə Zaxarova bildirib.
"Biz həm ikitərəfli əlaqələri, həm də KTMT, AİB və MDB-nin ümumi inteqrasiya birliklərində qarşılıqlı fəaliyyəti hərtərəfli gücləndirməkdə qərarlıyıq. Bütün bunların fonunda İrəvanın "Rusiyanın mövcudluğu Ermənistanın təhlükəsizliyinə müəyyən təhdidlər yaradır" bəyanatları absurddur. Onilliklərdir ki, hərbçilərimiz və sərhədçilərimiz Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə, sərhədlərinin mühafizəsinə mühüm töhfələr verirlər. Bu, inkar edilə bilməyən obyektiv reallıqdır.
Üstəlik, bundan əvvəl Ermənistanın indiki rəhbərliyi açıq şəkildə bəyan etmişdi ki, Rusiyanın mövcudluğu respublikanın milli maraqlarına uyğundur. Lakin hərbçilərimizə qapını göstərməyə çağıran avantüristlər belə bir addımın real nəticələrindən xəbərsizdirlər", – deyə Zaxarova fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür