Hərbçilərin dövlətə vurduğu maddi ziyana görə maddi məsuliyyətləri artırılır
Hərbi qulluqçuların ziyana görə maddi məsuliyyətləri artırılır.
azxeber.com apa-ya istinadən xəbər verir ki,bu, bu gün Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının üç aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının iki aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar.
Bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndəriləcək.
İndiyə kimi hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda—müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının iki aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyırdılar.
Layihəyə əsasən, bu maddədə nəzərdə tutulmuş hallarda hərbi inşaat dəstələrinin (hissələrinin) hərbi inşaatçıları orta aylıq maaşlarından artıq olmayaraq vurduqları zərər miqdarında maddi məsuliyyət daşımaqları ilə bağlı bənd də ləğv edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var