Hərbi anbardakı partlayış nəticəsində 3700-dən çox bina dağıldı
Özbəkistanın qərbində Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında oktyabrın 22-də baş vermiş partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış sahəsinə müxtəlif ziyan dəyib.
KONKRET.az xəbər verir ki, bu barədə Sırdərya vilayət adminstrasiyasının mətbuat xidməti məlumat yayıb.
Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib.
Partlayış nəticəsində dəymiş ziyanı qiymətləndirmək üçün müvafiq idarələrin və yerli hakimiyyət orqanlarının nümayəndələrinin daxil olduğu xüsusi işçi qrupu yaradılıb.
Xatırladaq ki, oktyabrın 22-də Müdafiə Nazirliyinin anbarında partlayış baş verdiyi barədə məlumat yayıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir