Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası

Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyasıBu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. 
Xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. 
Müstəqillik illərində Ümummilli Liderin hakimiyyətə dönüşü xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan dərin məhəbbəti onun bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu.
Dahi Öndər Heydər Əliyev fəaliyyətə başladığı ilk dövrdə iqtisadiyyatın nə qədər mühüm sahə olduğuna diqqət çəkmişdir. Ulu Öndər demişdir, "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifahı aşağı düşüb. Lakin ölkəmizin böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik". Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başladı.
Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı. 
Bu məqamda qarşıda duran ən mühüm vəzifələr siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq idi.Heydər Əliyev Azərbaycan dövlətininin düşünülmüş davamlı iqtisadi strategiyasını təmin etməklə buna nail olaraq ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynadı.
Ulu Öndər Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar.
 Ölkədə sağlam sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birinə çevrildi. Azərbaycan iqtisadiyyatında müsbət meyllərin əldə olunması və dünyanın tanınmış neft şirkətləri ilə ölkədə neft hasilatına dair bağlanmış müqavilələrin işə düşməsi sahibkarlığın inkişafına əlverişli imkanlar açmışdır.
Bu gün ölkədə sahibkarlığın inkişafı üçün zəruri mühitin yaradılması, ölkənin sosial-iqtisadi həyatına ciddi təsir göstərə bilən sanballı qüvvəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, "Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir." 
Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz "Əsrin müqaviləsi" ilə qoyulub. "Əsrin müqaviləsi" Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir. Respublika sarayında "Əsrin Müqaviləsi"nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır." 
Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. 
Ulu Öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektoru sürətlə inkişaf edir, ölkəmizin ixrac imkanları genişlənir. Ulu öndərin sözü ilə desək: "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!"
Ümummilli Liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti cənab İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Belə ki, 2020-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi uğurla başa çatdi. Möhtəşəm Azərbaycan ordusu bütün dünyaya öz gücunu göstərdi. Muasir dövrdə davam etdirilən sosial, iqtisadi və hərbi sahədə inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın butun gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Naftalan şəhər sakini Kəmalə Hüseynova / azxeber.com

Siyasi       Tarix: 20 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler xeber.az son xeberler zelzele xəbərlər.com