Heydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - Fotolar

Heydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - FotolarDekabrın 23-də "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin təşkilatçılığı ilə "100 il və dəyişən tarix" adlı tədbir keçirilib.
Musavat.com bildirir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, media rəhbərləri, Qarabağ qaziləri, veteranlar, şəhid ailələrinin üzvləri iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardından Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin mətbuat katibi qazi Elvin Vəliyev açıb. O  qeyd edib ki, dünya azərbaycanlılarının həmrəyliyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
"Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur".
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə isə çıxış edərək bildirib:
"Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və  44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi qələbəmizi daha inamlı etdi.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Məhz şəhidlərimizin qanı bahasına, qazilərimizin şücaəti hesabına və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad olundu".
Xüsusi Təyinatlı Qüvvələri kapitanı, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olan Nuran Mustafayevin anası Rahilə Ramazanova çıxış edib:
"2023-cü il çox uğurlu bir il oldu. Çünki bu il Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. İl başa çatır, lakin Heydər Əliyevin adı daim yaşayacaq, əbədiyyətə qədər daim Azərbaycana yol göstərəcək.
Heydər Əliyev dünənimizdə, bu günümüzdə və sabahımızdadır. Onun Azərbaycan üçün etdikləri misilsizdir. Heydər Əliyev Azərbaycanın xilaskarı, memarı, qurucusudur. "Mən fəxr edirəm ki, azərbaycanlıyam" məşhur deyimi ilə Azərbaycanı bütün dünyada tanıdıb".
Tədbirdə həmçinin Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli, Respublika Veteranlar Təşkilatının sədr müavini Polkovnik Cəlil Xəlilov, hərbi ekspertlər Elxan Şıxəliyev, Telman Qasımov, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu çıxış edib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib  buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.
Tədbirin sonunda tədbir iştirakçıları tərəfindən Bəyanat verilib. Bəyanatda bildirilib ki, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyi və ehtiyatda olan Xüsusi Təyinatlı Qüvvələr mənsubları 2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar prezident seçkisində cənab Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcək və hər biri ona səs verəcək.
Heydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - FotolarHeydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - FotolarHeydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - FotolarHeydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - FotolarHeydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - FotolarHeydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - FotolarHeydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - FotolarHeydər Əliyevə həsr olunan '100 il və dəyişən tarix' adlı tədbir keçirilib - Fotolar/ azxeber.com

Sosial       Tarix: 24 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun bu gune olan xeberler havanın temperaturu cəbhədən video