Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLAR

Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər Planı imzalanmış, Tədbirlər Planının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Təkilat Komitəsi yaradılmışdır. Tədbirlər Planında müxtəlif forumların, dəyirmi masaların, dialoqların, sərgi və müsabiqələrin, ağacəkmə aksiyalasının, konsert proqramlarının, Azərbaycan günlərinin və Ulu Öndərin siyasi fəaliyyətinə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. İlin əvvəlindən başlayaraq Ulu Öndərin 100 illik yubileyi Həştərxan vilayətində qeyd edilməyə başlanılmış, bir sıra tədbirlər həyata keçirilib.
Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı may ayının əvvəlində keçiriləcək təntənəli tədbirlərin müzakirəsi və qarşılıqlı əlaqələndirilməsi məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan şəhərində səfərdə olub.
Səfər zamanı ilk öncə Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov, Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin sədri Vladimir Qolovkov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin abidəsi önünə əklil və gül dəstələri qoymuşlar. Vilayətin Hökümət üzvlərinin iştirakı ilə Ulu Öndərin xatirəsinə ağaclar əkilmişdir. Volqa çayı sahilində yerləşən Heydər Əliyev Parkında Azərbaycan tərəfindən aparılan əsaslı təmir-bərpa və geniş yaşıllaşdırma işlərinə birgə baxış keçirilmiş, Heydər Əliyev Parkını Volqa çayının qarşı tərəfi ilə birləşdirən "Dostluq Körpüsü"ndə tamamlanmış  yenilənmə işləri ilə tanış olublar.
O cümlədən, Həştərxan şəhərində yerləşən II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış "Qardaşlıq məzarlığı" ziyarət edilmiş, əbədi məşəl önünə güllər qoyulub.
Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki ölkə arasında dostluq əlaqələrinin inkişafında xüsusi rolu olduğunu vurğulayan İ.Babuşkin Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini qeyd etmişdir. Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açmış, Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirib.
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təntənəli keçirilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri ilə Azərbaycan İş Mərkəzində müşavirə keçirilmişdir. Müşavirədə Həştərxan vilayətində və ölkəmizdə keçiriləcək birgə tədbirlər bir daha nəzərdən keçirilmiş, keçiriləcək tədbirlərin qarşılıqlı koordinasiya edilməsi və nəzərdə tutulan geniş tərkibli forum və görüşlərlə bağlı bir çox məsələlər ətraflı müzakirə edilmişdir. Bir çox təntənəli tədirlərin, o cümlədən Həştərxan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Həştərxan incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii proqramın may ayının əvvəlində keçirilməsi qərara alınıb.
Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəb ziyarət edilmiş, məktəbin foyesində Ümummilli Liderin büstü önünə gül dəstələri qoyulmuş, Ulu öndərin əziz xatirəsi yad edilmişdir. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş qeyd edilən məktəbin direktoru T.Tixomirova Ulu Öndərin 100 illik yubileyi ilə bağlı müsabiqələrin, telekörpü formatında dialoqun və digər müxtəlif səpkidə bir sıra tədbirlərin keçirildiyini, Abşeron rayonu, Xırdalan şəhər 1 saylı orta məktəblə birgə bir neçə layihə üzərində işlədiklərini bildirib.
Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLARHeydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 18 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler azerbaycan ən son xeberler qurban bayrami 2026 bugunun xeberleri