Heydər Məmmədov: "İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı mötəbər mənbəyə çevrilib
"İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı mötəbər mənbəyə çevrilib".
Bu barədə baş prokurorun müavini Heydər Məmmədov Azərbaycan qəzetində dərc olunan "İnsan hüquqlarının müdafiəsini şərtləndirən əsaslar: Hədəflər və çağırışlar" adlı məqalədə qeyd edib.
Bildirilib ki, son illərdə Baş Prokurorluqda aparılmış geniş islahatlar nəticəsində prokurorluq orqanları insan hüquqlarının müdafiəsi sahəsində öz fəaliyyətini müasir çağırışlara uyğun, çevik və dinamik şərtlər əsasında quraraq uğurla həyata keçirir.
Bu məqsədlə Baş Prokurorluq tərəfindən 3 000-dək müxtəlif hüquqi materialı əhatə edən İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP) yaradılıb.
Portal prokurorluq işçiləri, vəkillər, hakimlər, hüquqşünaslar tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası, "Mülki və siyasi hüquqlar haqqında", "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktlar, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr və onlarla əlaqəli olan beynəlxalq hüquqi sənədlər, xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsi, elmi-metodiki, informativ ədəbiyyatlar, hüquqtətbiqetmə prosesində tövsiyələr və digər beynəlxalq təcrübə, nəzəri məsələlər üzrə faydalı məlumatların asanlıqla əldə edilməsi və təcrübədə tətbiqi məsələlərini əhatə edir. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Yay Dəli-Dolu gəlir
Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Avroviziya' qalibi Bakıya gəlməkdən imtina etdi
Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama
Azərbaycan və Ekvador arasında xüsusi pasport sahibləri üçün VİZALAR LƏĞV EDİLDİ
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
"Qarabağ"ın iyunun 27-də Avstriyadakı oyunu ləğv edildi - Səbəb
30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama
Prezident Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi - Fotolar
Ağır yol qəzası baş verdi: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Bakıda qəribə OLAY: Kişi telefona çox baxan arvadını döydü