Həyətində narkotik basdıran şəxs saxlanıldı - FOTO
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Nəzirməmməd Həmidzadə saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə keçirilən baxış zamanı 2 büküm narkotik maddə olan heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı evin həyətyanı sahəsində torpağa basdırılmış polietilen torbanın içərisindən 53 ədəd sellofan bükümdə olan və ümumi çəkisi 170 qramdan artıq təşkil edən narkotik maddə heroin, 3 büküm metamfetamin, 42 ədəd sellofan bükümdə və 2 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 146 ədəd narkotik tərkibli "Metadon" həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır